Kürdəmirdə avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO

Kürdəmirdə avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO Kürdəmirdə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə
5 Yanvar , 2020 07:32
Kürdəmirdə avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO

Kürdəmirdə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Elxan Tümərxan oğlu “Mercedes” markalı avtomobillə Zərdab istiqamətində hərəkətdə olarkən qəfil nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət alıb. Hadisəyə sürücünün sükan arxasında yuxulaması səbəb göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi