Kürdəmirdə avtomobil ahıl kişini vuraraq öldürüb - YENİLƏNİB

Kürdəmirdə avtomobil ahıl kişini vuraraq öldürüb - YENİLƏNİB Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın adı məlum olub.
Hadisə
2 Noyabr , 2019 21:04
Kürdəmirdə avtomobil ahıl kişini vuraraq öldürüb - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı  dünyasını dəyişən piyadanın adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, rayon sakini, 1957-ci il təvəllüdlü Yusifov Şahin Qaybalı oğludur. 

 Məlumata görə, ağır bədən xəsarətləri alan ŞYusifov  ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xılas etmək mümkün  olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. 


*** 19:58

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

"BMW" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən orta yaşlı kişini vurub. Hələlik şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi