Kürdəmirdə ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb - YENİLƏNİB

Kürdəmirdə ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb - YENİLƏNİB Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Hadisə
21 Sentyabr , 2024 15:55
Kürdəmirdə ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb - YENİLƏNİB

Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, xəsarət alan şəxslər aşağıdakılardır:

- 1957-ci il təvəllüdlü Hüseynova Həqiqət Abdulhəmid qızı,

- 2004-cü il təvəllüdlü Məmmədova Zərifə Zahid qızı,

- 1980-cı il təvəllüdlü Bəşirov Ramal Vaqif oğlu,

- 1991-cu il təvəllüdlü Hüseynov Vasif Hüseyn oğlu,

- 1978-ci il təvəllüdlü Məmmədova Ziyafət Zəkəriyyə qızı,

- 1999-cu il təvəllüdlü Rəfiyev Sübhan Şahin oğlu,

- 1952-ci il təvəllüdlü Allahverdiyev Teyyub Nurəddin oğludur.

15.18

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı avtomobillə çırpılıb.

Nəticədə hər iki avtomobildə olan sərnişinlər və VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi