Kürdəmirdə ağır yol qəzasında ölənlər ər-arvad olub

Kürdəmirdə ağır yol qəzasında ölənlər ər-arvad olub Kürdəmir rayonunda ağır yol qəzası baş verib, ölənlər var.
Hadisə
23 Aprel , 2022 15:05
Kürdəmirdə ağır yol qəzasında ölənlər ər-arvad olub

Kürdəmirdə baş verən ağır yol qəzasında ölənlərin kimliyi bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, həmin şəxslər Bakı şəhər sakinləri 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızıdır.

13.46

Kürdəmir rayonunda ağır yol qəzası baş verib, ölənlər var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi