Kürdəmirdə ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Kürdəmirdə ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
3 İyun , 2019 18:47
Kürdəmirdə ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 15:27

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, bunlar rayonun Garis Əyribənd kənd sakinləri - 1971-ci il təvəllüdlü, sürücü Sahib Bahadur oğlu Mirzəyev, 1975-ci il təvəllüdlü Eldəniz Ağayar oğlu Ağayarov və 2005-ci il təvəllüdlü Fatimə Sahib qızı Mirzəyevadır. Onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.


*** 13:49

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Garıs Əyribənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "AzSamand" markalı minik avtomobili velosipedlə qarşısına çıxan həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ramil Mirələm oğlu Nadirovu vuraraq öldürüb, daha sonra isə idarəetməni itirərərək yoldan çıxaraq aşıb. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi