Kürdəmirdə 31 yaşlı qadını ilan sancdı

Kürdəmirdə 31 yaşlı qadını ilan sancdı Kürdəmir rayon sakinini ilan sancıb.
Hadisə
25 May , 2020 20:33
Kürdəmirdə 31 yaşlı qadını ilan sancdı

Kürdəmir rayon sakinini ilan sancıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, 31 yaşlı kənd sakini Hüseynova Yaqut Təvəkkür qızı həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

O, yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. 

Həkimlər ona ilan zəhəri əleyhinə zərdab vurublar.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi