Kürdəmirdə ​22 yaşlı qadın intihar edib

Kürdəmirdə ​22 yaşlı qadın intihar edib Hadisəyə ilkin səbəb kimi həyat yoldaşının ikinci dəfə ailə qurması göstərilir
Hadisə
15 Avqust , 2015 14:41
Kürdəmirdə ​22 yaşlı qadın intihar edib

Bakı. 15 avqust. REPORT.AZ/ Kürdəmir rayonunun Xırdapay kəndində intihar hadisəsi baş verib. "Report"un məlumatına görə, kənd sakini, 1993-cü il təvəllüdlü Elgül Hacıyeva evində sirkə turşusu içərək intihara cəhd edib. Yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. Xəstə avqustun 15-də Bakı şəhərində xəstəxanada dünyasını dəyişib. Hadisəyə ilkin səbəb kimi həyat yoldaşının ikinci dəfə ailə qurması göstərilir.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi