Kürdəmirdə 2 avtomobil toqquşub, yaralı var

Kürdəmirdə 2 avtomobil toqquşub, yaralı var Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 Oktyabr , 2019 11:31
Kürdəmirdə 2 avtomobil toqquşub, yaralı var

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb. 

Belə ki, "Mercedes" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. 

Nəticədə "VAZ 2107" markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi