Yuxarı

Kürdəmirdə 12 il həbsdə olan peşəkar oğru saxlanılıb - VİDEO - YENİLƏNİB

Kürdəmirdə 12 il həbsdə olan peşəkar oğru saxlanılıb

Video əlavə olunub


***21:01

Kürdəmir rayonunda dəfələrlə məhkumluq həyatı yaşamış peşəkar oğru saxlanılıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Allahverdiyev Fərid Zabit oğlu rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Saxlanılan şəxs bu ilin sentyabr ayı ərzində rayonda 3 oğurluq hadisəsi törədib.

O, rayonun Qaraqocalı kənd sakini Əhmədov Cəlal Ağaqulu oğluna məxsus evdən 1910 manat nəğd pul, Kürdəmir şəhər 20 Yanvar küçəsi, ev 28-də yaşayan Şahbazova Xalidə Ağaməşədi qızına məxsus evdən qızıl dəstləri və 30 manat pul, həmçinin həmin küçədə yaşayan Məhərrəmova Zümrüd Həsən qızına məxsus evdən müxtəlif növ məişət avadanlıqları və yataq dəstlərini oğurlayıb. Fərid Allahverdiyev ilk dindirilmə zamanı həmin ünvanlardan oğurluq etdiyini etiraf edib.

F.Allahverdiyev əvvəllər də, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 11 il 6 ay həbs həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində cinayət işi açılaraq araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi