Kürdəmir sakini özünü güllələyərək öldürüb - YENİLƏNİB

Kürdəmir sakini özünü güllələyərək öldürüb - YENİLƏNİB Kürdəmir. 16 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda 21 yaşlı oğlan özünü güllələyərək öldürüb.
Hadisə
16 Fevral , 2018 09:38
Kürdəmir sakini özünü güllələyərək öldürüb - YENİLƏNİB

Kürdəmir. 16 fevral. REPORT.AZ/ Kürdəmir rayonunda 21 yaşlı oğlan özünü güllələyərək öldürüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1997-ci il təvəllüdlü Kənan Əhmədli ov tüfəngindən açılan atəş nəticəsində ölüb. 

Ailə üzvlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib: "Tüfəngi təmizləyirdi. Qəfildən güllə səsi eşitdik və gəlib gördük ki, Kənan yerdə qan içində uzanıb".

Məlumata görə, K.Əhmədli sağ boyun nahiyəsindən odlu silahdan açılan atəş nəticəsində ölüb. Onun özünü güllələyərək intihar etdiyi bildirilir. 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1 ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb. 


***8:45

Kürdəmir. 16 fevral. REPORT.AZ/ Kürdəmirdə müəmmalı ölüm hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə İsmayıllı kəndində qeydə alınıb.

Belə ki, Əhmədli Kənan Ziyad oğlunun meyiti yaxınları tərəfindən xəstəxanaya gətirilib. 

K.Əhmədlinin meyiti morqa yerləşdirilib. Mərhumun intihar etdiyi, yaxud öldürülməsi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi