Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib

Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib Kürdəmir rayonunda qətl hadisəsi baş verib.
Hadisə
690
30 İyul , 2021 16:48
Kürdəmir sakini həmkəndlisini güllələyərək qətlə yetirib
0 : 00
0 : 00

Kürdəmir rayonunda qətl hadisəsi baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

Hazırda Kürdəmir Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi