Kürdəmir sakini həmkəndlisini döyərək pulunu alıb - VİDEO

Kürdəmir sakini həmkəndlisini döyərək pulunu alıb - VİDEO Kürdəmirdə mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Hadisə
29 Aprel , 2021 09:48
Kürdəmir sakini həmkəndlisini döyərək pulunu alıb - VİDEO

Kürdəmirdə mağaza sahibinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Sığırlı kənd sakini Qurbanov Səlahəddin Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edərək Qaçay adlı şəxsin onu döyərək 600 manat zorla pulunu aldığını və sahibi olduğu mağazadan 550 manat dəyərində mobil danışıq kartlarını götürərək qaçdığı barədə məlumat verib.

Keçirilmiş əməliyyat-tədbirləri nəticəsində hadisəni törədən Sığırlı kənd sakini Qaçayev Qaçay polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.

Məlum olub ki, Qaçay Qaçayev müştəri qismində S.Qurbanova məxsus mağazaya girərək, onunla mübahisə edib və mağaza sahibinə qarşı soyğunçuluq əməli törədib.

İlkin dindirmə zamanı saxlanılan şəxs cinayət əməlini etiraf edib və qarşı tərəfdən üzr istəyərək onu bağışlamasını istəyib.

Faktla bağlı Kürdəmir RPŞ-da cinayət işi açılıb və araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi