Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb

Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
13 Oktyabr , 2021 11:13
Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb

Kürdəmirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Ərəbqubalı kənd sakini, 1981-ci il təvəllüdlü Samir Qoçu oğlu Hüseynov saxlanılıb.

O, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

00:21

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəmnində kənd sakini, 33 yaşlı Əsgərov Səbahil İsgəndər oğlu həmkəndlisi tərəfindən dörd bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisəni törədən kənd sakini isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi