Kürdəmir sakini həmkəndlisi tərəfindən döyülüb
Hadisə
- 28 dekabr, 2019
- 00:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmir rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Karrar kəndində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü İbrahimov Müzəffər Elçin oğlu ilə həmkəndlisi Orxan adlı şəxs (soyadı dəqiqləşdirilir-red) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və M.İbrahimov bu zaman küt alətlə ağız nahiyəsindən xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə çatdırılıb. Həkimlər xəstəyə ilkin tibbi yardım göstərib, onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
10:16
Elxan Poluxov: Azərbaycan və Misir yaxın illərdə ticarət dövriyyəsini iki dəfə artıra bilər
Xarici siyasət
10:12
Si Cinpin: Rusiya ilə münasibətlərimiz təlatümlü və xaotik dünyaya sabitlik və müəyyənlik gətirir
Digər ölkələr
10:07
Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb
Maliyyə
10:04
Avstraliya İsrailə qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
10:01
Ceyhun Bayramov ilə Yohan Vadeful arasında təkbətək görüş başlayıb
Xarici siyasət
09:53
Dövlət Agentliyi: 9 ayda satınalmalar üzrə 510 milyon manat qənaət edilib
Biznes
09:52
Foto
Azərbaycan və Gürcüstan enerji əməkdaşlığının inkişafını müzakirə edib - Yenilənib
Energetika
09:40
Foto
Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib
Xarici siyasət
09:33
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika