Kürdəmir sakini həmkəndlisi tərəfindən döyülüb

Kürdəmir sakini həmkəndlisi tərəfindən döyülüb Kürdəmir rayonunda yerli sakin həmkəndlisi tərəfindən döyülüb.
Hadisə
10 Oktyabr , 2019 10:43
Kürdəmir sakini həmkəndlisi tərəfindən döyülüb

Kürdəmir rayonunda yerli sakin həmkəndlisi tərəfindən döyülüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Orxan İkram oğlu Hacıyev həmkəndlisi ilə aralarında mübahisə zəminində döyülərək xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi