Yuxarı
    Bağlamaq

    Kürdəmirdə "KaMAZ" yanıb

    Hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb

    Bakı. 4 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda yük avtomobili yanıb. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb. 

    Kənddə (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "KaMAZ" markalı yük avtomobili, qoşqunun 4 ədəd təkəri və qoşquya yığılmış 12 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. 

    Yanğın saat 21:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi