Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var - VİDEO

Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var - VİDEO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
26 Yanvar , 2017 17:31
Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var - VİDEO

Kürdəmir. 26 yanvar. REPORT.AZ/ Kürdəmir rayonunda yol- nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Kürdəmir-Ağsu-İmişli magistralının 25-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Vüqar Məlik oğlu Məlikov idarə etdiyi "KİA" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb.

Qəza nəticəsində ağır xəsarət alan sürücü V.Məlikov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. 

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi