Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın Kürdəmir rayonunda qətl olub."Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Kürdəmir rayon mərkəzində Atakişili kənd sakini İlkin Həsənov münaqişə zəminində şəhər sakini Elçin Əhmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən E.Əhmədov həmin gün orada ölüb. İ.Həsənov Kürdəmir Rayon Polis Şöbəsinə gələrək təslim olub.
Kürdəmir rayonunda qətl hadisəsi olub
Hadisə
2 Dekabr , 2014
12:19
https://static.report.az/photo/464e9691-03f2-4308-9dba-05d0a3b6382a.jpg