Kür çayında batan şəxsin kimliyi məlum olub

Hadisə
  • 14 iyul, 2022
  • 20:55
Kür çayında batan şəxsin kimliyi məlum olub

Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, qəsəbə sakini, 2010-cu il təvəllüdlü Abdullayev Əkbər Əhməd oğlu Kür çayında çimərkən boğulub.

Bu barədə məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda uşağın meyitinin tapılması istiqamətində axtarışlar davam edir.

2022-07-14 23:33

Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti