Kürdə batan uşağın meyiti tapılıb

Kürdə batan uşağın meyiti tapılıb 09 aprel 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.
Hadisə
14 Aprel , 2021 08:49
Kürdə batan uşağın meyiti tapılıb
0 : 00
0 : 00

Aprelin 9-da Kür çayında batan uşağın meyiti tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Nəticədə 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti aprelin 14-də səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə aprelin 9-da FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Aprelin 10-da Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi