Zərdabda batmış gəncin meyiti tapılıb

Hadisə
  • 18 iyul, 2024
  • 18:08
Zərdabda batmış gəncin meyiti tapılıb

İki gün öncə Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 2006-cı təvəllüdlü rayonun Alı Mustafayev küçəsinin sakini Məmmədəliyev S.-in cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti