Bakıdan Zərdaba qonaq gələn yeniyetmə Kürdə batıb - YENİLƏNİB
- 25 avqust, 2023
- 17:08
Bakıdan Zərdaba nənəsigilə qonaq gələn yeniyetmə qız Kür çayında batıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayının rayonun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Bakı şəhər sakini Müzəffərli Əsma Pərviz qızı Kür çayının kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıq edib və suya düşərək boğulub.
Hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daığıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
Hazırda onun meyitinin tapılması istiqamətində işlər davam etdirilir.
Fakt araşdırılır.
20:27
Kür çayında batan uşağın axtarışları aparılır.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.