Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb
Hadisə
3 Fevral , 2021 12:59
Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğluSadıxbəyli Ramin Qaçay oğlunun axtarışları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi