Tovuzda Kürdə batan üçüncü şəxsin də meyiti tapılıb - YENİLƏNİB-2
- 15 avqust, 2024
- 12:01
Tovuz rayonunda bu ilin iyununda avtomobilin Kür çayıına düşməsi nəticəsində suda boğulan daha bir şəxsin meyiti aşkar edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Kür çayında batan Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Elxan Sadıqovun meyiti tapılıb.
Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
12:04
Tovuz rayonunda Kür çayında tapılan meyitin şəxsiyyəti müəyyən edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, meyitin Quliyev Tural Hüseyn oğluna məxsus olduğu müəyyənləşib.
14.08.2024 15:35
Tovuzda avtomobillə Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan üç nəfərdən daha birinin meyiti tapılıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, bu il iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndində “VAZ 2107” markalı minik avtomobili Kür çayına aşıb. Hadisə nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb, 1992-ci il təvəllüdlü Turqut İbrahimov isə üzərək xilas olub.
V.Cəfərovun meyiti hadisədən bir həftə sonra tapılsa da, digər iki şəxsin axtarışları nəticə verməmişdi.
Hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.