Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb - YENİLƏNİB

Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb - YENİLƏNİB Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb.
Hadisə
22 İyun , 2019 15:54
Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb - YENİLƏNİB

Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb.

”Report”un Aran bürosu xəbər verir ki, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suda batan Aşağı Noxudlu kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun meyiti günorta saatlarında dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən 6 kilometr aralıda suda aşkar olunaraq çıxarılıb və aidiyyati üzrə təhvil verilib.


*** 09:57

Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında FHN-nin dalğıc-xilasediciləri tərəfindən Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti batdığı yerdən 6 kilometr aralıda tapılaraq sudan çıxarılıb. 

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi