Kürdə batan 64 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB

Kürdə batan 64 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB Kür çayında batan 64 yaşlı kişinin meyitinin axtarışları başa çatıb.
Hadisə
9 May , 2020 19:11
Kürdə batan 64 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB

Kür çayında batan 64 yaşlı kişinin meyitinin axtarışları başa çatıb. 

“Report”un Muğan bürosu xəbər verir ki, çayın Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində batmış 1956-cı il təvəllüdlü Salyan rayon sakini Ağayev Böyükağa Mirzəağa oğlunun meyiti tapılıb.

Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


***18:33

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub. 

"Report" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi