Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.
Hadisə
20 Dekabr , 2017 19:22
Külli miqdarda pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki malları dövriyyədən çıxarıblar.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, BBGİ əməkdaşları Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” və “Binə” ticarət mərkəzlərində əməliyyat tədbirləri keçiriblər.

Nəticədə ticarət mərkəzlərinin ərazisində 82.000 ədəddən çox pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi