İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Yevlax sakini saxlanılıb.
Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı Yevlax rayon sakini – 1984-cü il təvəllüdlü Məhərrəmov Nəbi Zakir oğlu saxlanılıb.
Bundan əlavə keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 700 qram tiryək və 13 min 616 ədəd narkotik tərkibli həbin (13 min 16 ədəd Pregabalin – 150, 600 ədəd metadon M-40) qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.