Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı sakinlərindən külli miqdarda narkotik vasitələr götürülüb. Bu barədə "Report"a Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1966-cı il təvəllüdlü Elşən Lütfəliyevdən 400 qram marixuana aşkar olunaraq götürülüb.
Yasamal RPİ Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Elvin Əliyevdən 360 qram marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.