Yuxarı
    Bağlamaq

    Azərbaycanda təsərrüfat işləri ilə məşğul olan şəxslər külli miqdarda narkotik maddə tapıb

    Toplanan materiallar Baş Prokurorluğa göndərilib

    Bakı. 19 dekabr. REPORT.AZ/ Cəlilabad sakinləri tapdıqları külli miqdarda narkotik maddəni hüquq-mühafizə orqanlarına təhvil verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev təsərrüfat işləri ilə məşğul olarkən 4 kiloqram 939,9 qram tiryək, 19,38 qram heroin və 4 kiloqram 600 qram marixuana tapıb və Dövlət Sərhəd Xidmətinin (DSX) oradakı zastavasına təhvil veriblər. DSX-nin əməkdaşları tərəfindən araşdırmalar aparılıb və toplanan materiallar Baş Prokurorluğa göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi