Yuxarı

Külli miqdarda narkotik maddə ilə tutulan şəxsə hökm oxunub

Nağı Həmidov 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nağı Həmidovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Həmidov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Həmidov DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb. N.Həmidov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi