Külək Gəncədə ağacları aşırdı, damları uçurdu - FOTO - VİDEO

Külək Gəncədə ağacları aşırdı, damları uçurdu - FOTO - VİDEO Bu gün Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən güclü külək ağacları, elektrik və telefon xətləri dirəklərini aşırıb.
Hadisə
25 Fevral , 2020 16:29
Külək Gəncədə ağacları aşırdı, damları uçurdu - FOTO - VİDEO
0 : 00
0 : 00

Bu gün Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən güclü külək ağacları, elektrik və telefon xətləri dirəklərini aşırıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, külək Yeni Gəncə yaşayış massivində yerləşən 23 nömrəli uşaq bağçası-körpələr evinin, Üzeyir Hacıbəyov, Dədə Qorqud, Tağı Arani və Azərbaycan küçələrində çoxmənzilli binaların, Şıxzamanlı və Məhsəti qəsəbələrində bəzi fərdi yaşayış evlərinin dam örtüklərini yararsız hala salıb. 

Şəhər ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.

Son xəbərlər

Orphus sistemi