Bakı. 14 mart. REPORT.AZ/ Cinayət mühitində Dadaş Bakinski kimi tanınan "qanuni oğru", kriminal avtoritet Dadaş İbrahimov Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının nəzarəti altında Moskvanın Domodedovo hava limanından Bakıya deportasiya edilib. "Report" xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat xidməti məlumat yayıb.
O, narkotik gəzdirdiyinə görə Rusiyanın Krasnoyarsk vilayətinin islah koloniyalarından birində cəzasını çəkirdi. 2015-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan vətəndaşının Rusiyada qalmasının istənməməsi barədə fərman elan edilmişdi.
Cəzasının müddəti başa çatdıqdan sonra "qanuni oğru" Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və DİN-in Krasnoyarsk vilayəti üzrə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılaraq, Azərbaycana deportasiya edilib.
