“Kredit Zəmanət Fondu” ASC-nin Nizamnaməsi və strukturu təsdiq olunub

“Kredit Zəmanət Fondu” ASC-nin Nizamnaməsi və strukturu təsdiq olunub Subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir
Hadisə
29 Noyabr , 2017 20:32
“Kredit Zəmanət Fondu” ASC-nin Nizamnaməsi və strukturu təsdiq olunub

Bakı. 29 noyabr. REPORT.AZ/ “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Nizamnaməsi və strukturu təsdiq olunub.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi, strukturu, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”, “ASC-də kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” və “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” təsdiq edilib. Fərmana görə, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.

Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının formalaşdırılmasının bir ay müddətində təmin edilməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi