Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb Onun ölümünə səbəb kimi həddindən artıq narkotik qəbulu göstərilir
Hadisə
23 Sentyabr , 2017 02:48
Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiyanın Krasnodar şəhərində küçənin ortasında azərbaycanlı ölüb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Paşkovski mikrorayonunda qeydə alınıb.

Şahidlərin sözlərinə görə, sentyabrın 22-də iki kişi asfaltın üzərinə yıxılıb və qıc olmağa başlayıb. Ətrafdakılar onların başına toplaşıb. Vətəndaşlar təcili tibbi yardım gələnədək ilkin yardım göstərməyə çalışıblar.

Hadisə yerinə gələn tibb işçiləri kişiləri ayıltmağa səy göstəriblər. Lakin 31 yaşlı azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb. İkinci şəxs huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Faktla bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Azərbaycanlının ölümünə həddindən artıq narkotik maddə qəbulunun səbəb olduğu ehtimal edilir.

Hər iki gəncin yerli meyvə-tərəvəz bazasında işlədiyi məlumdur.

Son xəbərlər

Orphus sistemi