Bakıda aşan kranın sürücüsü ölüb, bir nəfər yaralanıb

Bakıda aşan kranın sürücüsü ölüb, bir nəfər yaralanıb Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.
Hadisə
4 Sentyabr , 2020 15:19
Bakıda aşan kranın sürücüsü ölüb, bir nəfər yaralanıb
0 : 00
0 : 00

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Şahidlərin “Report”un hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, ölən şəxsin kranın sürücüsü olduğu bildirilir.

Qeyd edilib ki, hadisə nəticəsində yaralanan isə ərazidən keçən şəxslərdən biridir.

Məlumata görə, kranın aşması nəticəsində ərazidə olan 6 avtomobilə ciddi ziyan dəyib, mənzillərdən birinin damı uçub.

Hadisə yerinə Baş Prokurorluğunun əməkdaşları gəlib. 

14.53

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub.

Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

Müxbirlər: Samirə Abdullayeva, Şəfiqə Nazimqızı

Son xəbərlər

Orphus sistemi