İngiltərə Premyer Liqası "Mançester Siti"ni maliyyə pozuntularında təqsirli bilib

Futbol
  • 29 sentyabr, 2026
  • 20:59
İngiltərə Premyer Liqası Mançester Sitini maliyyə pozuntularında təqsirli bilib

İngiltərə Premyer Liqasının müstəqil komissiyası "Mançester Siti" klubunu maliyyə qaydalarının pozulması ilə bağlı ittihamların böyük hissəsi üzrə təqsirli bilib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi açıqlamasında bildirilib.

Araşdırmaya əsasən, "Mançester Siti" 2009-2018-ci illər ərzində bəzi kommersiya tərəfdaşları ilə real maliyyə vəziyyətini əks etdirməyən müqavilələr bağlayıb.

Komissiyanın qənaətinə görə, klub bu müqavilələr vasitəsilə gəlirlərini olduğundan çox, xərclərini isə daha az göstərməyə çalışıb.

Nəticədə klubun maliyyə hesabatlarında real vəziyyətin düzgün əks olunmadığı və bu məlumatların auditorlardan, eləcə də futbol qurumlarından gizlədildiyi müəyyənləşdirilib.

Komissiya hesab edir ki, bu yollarla klubun gəlirləri süni şəkildə artırılıb, xərcləri isə 900 milyon funt sterlinqdən çox azaldılıb. Bununla da "Mançester Siti"nin maliyyə qaydalarına uyğun fəaliyyət göstərdiyi görüntüsü yaradılıb.

Araşdırma zamanı klubun həm Premyer Liqanın, həm də UEFA-nın maliyyə tələblərini ciddi şəkildə pozduğu da müəyyən edilib.

Bundan başqa, komissiya "Mançester Siti"nin Premyer Liqanın apardığı araşdırma ilə bağlı tələb olunan məlumatları tam təqdim etmədiyini və istintaqın gedişinə mane olmağa çalışdığını bildirib.