“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Milli Fəaliyyət Planı"nın layihəsi müzakirə olunub

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Milli Fəaliyyət Planı"nın layihəsi müzakirə olunub “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-cı il ərzində görülən işlər barədə və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin
Hadisə
249
5 İyul , 2021 12:06
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-cı il ərzində görülən işlər barədə və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin müzakirəsinə dair qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Baş Prokuroluqdan "Report"a verilən məlumata görə, müzakirələr 2021-ci il iyulun 01-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibinin, Baş İdarənin və Ədliyyə Nazirliyinin əməkdaşlarının, eləcə də, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə aparılıb.
Tədbirdə ölkəmizdə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın genişləndirilməsi sahəsində islahatların uğurla və davamlı şəkildə həyata keçirildiyi bildirilmiş, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2020-ci ildə görülmüş işlər barədə məlumat verilmiş, həmçinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planı” layihəsinin tərtib edilməsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin fəal iştirakının vacibliyi qeyd edilib.

Ümumi müzakirədə maliyyə şəffaflığının təmin edilməsi, korrupsiyanın qarşısının alınması sahəsində və ictimai həyatda vətəndaş cəmiyyəti institutlarının rolunu nəzərə alaraq layihə ilə bağlı geniş fikir mübadiləsi aparılmış, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ilkin şifahi təklifləri dinlənilmiş, həmin təkliflərlə bağlı ortaya çıxan məsələlərin müzakirəsi aparılıb.

Eləcə də, gələcəkdə qeyd edilən layihənin müzakirəsi ilə əlaqədar qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə davamlı olaraq görüşlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi