Bu il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 21 nəfəri beynəlxalq axtarışa verib

Bu il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 21 nəfəri beynəlxalq axtarışa verib Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib
Hadisə
22 Aprel , 2015 10:26
Bu il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 21 nəfəri beynəlxalq axtarışa verib

Bakı. 22 aprel. REPORT.AZ/ Bu ilin birinci rübü ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

“Report”un xəbərinə görə, bu barədə idarə rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18 556 668 manat məbləğində ziyanın 5 894 138 manatı və ya 31,7%-nin ödətdirilməsi təmin edilib, cinayət işləri üzrə 104 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verilib.

2015-ci ilin birinci rübü ərzində Baş İdarənin Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb. Bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasında başlanıb.

Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.

Son xəbərlər

Orphus sistemi