Yuxarı

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb - SİYAHI

118 cinayət işinin ibtidai istintaqı davam etdirilir

Bakı. 15 yanvar. REPORT.AZ/ "Təhsil və səhiyyə sahəsi geniş olduğundan, orada məişət xarakterli korrupsiya cinayətlərinin çox olması təbiidir. Çünki həmin sahələrdə çalışan əməkdaşların sayı çoxdur. Elə nazirlik var ki, orada təxminən 2 000 vətəndaş çalışır. Təhsil Nazirliyində isə bəlkə də 50-100 min vətəndaş işləyir". "Report" xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

İdarə rəisinin sözlərinə görə, 2014-cü ildə sosial müdafiə sahəsi ilə 14 vəzifəli şəxs barəsində 3 cinayət işi, əmlak məsələləri üzrə dövlət komitəsi 2 vəzifəli şəxs barəsində 2 cinayət işi, yerli icra hakimiyyəti qurumları ilə bağlı 7 şəxs barəsində 7cinayət işi, bələdiyyələrlə bağlı 4 şəxs barəsində 4 cinayət işi, səhiyyə sahəsi üzrə 3 şəxs barəsində 3 cinayət işi, təhsil sahəsi ilə bağlı 37 şəxs barəsində 19 cinayət işi məhkəməyə göndərilib.

O, həmçinin qeyd edib ki, 118 cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi