Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb Mayın 12-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Hadisə
13 May , 2021 11:11
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb

Mayın 12-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı şəhər sakini Ç.Qasımzadəyə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi