Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar  Dekabrın 13-də polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri
Hadisə
196
14 Dekabr , 2021 09:05
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 

Dekabrın 13-də polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi