Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində nasaz işıqfor düzəldilib - VİDEO

Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində nasaz işıqfor düzəldilib - VİDEO BNA: Hazırda ərazidə nəqliyyatın hərəkətində heç bir problem yoxdur
Hadisə
5 İyun , 2017 14:00
Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində nasaz işıqfor düzəldilib - VİDEO
Report.az

Bakı. 5 iyun. REPORT.AZ/ Bakının Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki nasaz işıqfor düzəldilib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, ərazidəki parkda suvarma işləri aparılarkən işıqforu qidalandıran elektrik xəttinə su sızıb. Nəticədə işıqfor dünən saat 17.35-dən bu gün saat 10:47-dək işləməyib.

BNA rəsmisi qeyd edib ki, hazırda adıçəkilən ərazidə nəqliyyatın hərəkətində heç bir problem yoxdur. 

Son xəbərlər

Orphus sistemi