Koroğlu metrostansiyası yaxınlığındakı parkda bıçaqlanma olub

Koroğlu metrostansiyası yaxınlığındakı parkda bıçaqlanma olub Orta yaşlı kişi boğaz və bədənindən bir neçə bıçaq xəsarəti alıb
Hadisə
27 İyun , 2017 09:04
Koroğlu metrostansiyası yaxınlığındakı parkda bıçaqlanma olub

Bakı. 27 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, metronun Koroğlu stansiyası yaxınlığında düşən mübahisə zamanı 1978-ci il təvəllüdlü Daşdəmirov Teymur Tahir oğlu boğaz və bədəninin müxtəlif nahiyələrindən bir neçə bıçaq xəsarəti alıb.

O, təcili tibbi yardım xidmətinə məxsus avtomobil ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hadisənin baş verdiyi əraziyə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi