"Koroğlu" metrostansiyası istiqamətində qəza yolda sıxlıq yaradıb

Hadisə
  • 21 iyul, 2022
  • 15:35
Koroğlu metrostansiyası istiqamətində qəza yolda sıxlıq yaradıb

Heydər Əliyev prospektində əsas yolda "Koroğlu" metrostansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Qəza səbəbindən həm əsas yolda, həm kənar yolda sıxlıq müşahidə olunur.