Könül Kərimovaya qarşı dələduzluq edən şəxsin məhkəməsində Dövlət Xidmətinin rayon şöbəsinin rəisi ifadə verib

Könül Kərimovaya qarşı dələduzluq edən şəxsin məhkəməsində Dövlət Xidmətinin rayon şöbəsinin rəisi ifadə verib Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
27 Sentyabr , 2018 15:01
Könül Kərimovaya qarşı dələduzluq edən şəxsin məhkəməsində Dövlət Xidmətinin rayon şöbəsinin rəisi  ifadə verib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev ifadə verib.

O bildirib ki, 2011-ci ildə M.Məmmədovaya Hərbi Komissarlıqda işə düzəltmək adı ilə 180 min manat pul verib: "Lakin sonradan o, pulu geri qaytardı. Daha əvvəl Müdafiə Nazirliyində çalışırdım. Pulu Məlahət xanıma verən zaman pensiyada idim. Onunla aramızda borc müqaviləsi bağlandı".

M.Məmmədova deyib ki, həmin pulu tanışına verib: "Düzdü, belə söhbət olub. Mən, sadəcə, arada vasitəcə olmuşam. Həmin adam da tutuldu. Özüm şəxssən pulu Rəsul müəllimə qaytardım".

Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzər Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib.

O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.

O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Son xəbərlər

Orphus sistemi