Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Hadisə
27 İyul , 2018 20:04
Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən “Report”a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş A.Dadaşovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 20-nə təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi