Konstitusiya Məhkəməsi Hərbi Prokurorluğun sorğusu əsasında qərar çıxardı

Konstitusiya Məhkəməsi Hərbi Prokurorluğun sorğusu əsasında qərar çıxardı Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib
Hadisə
289
17 Fevral , 2021 18:09
Konstitusiya Məhkəməsi Hərbi Prokurorluğun sorğusu əsasında qərar çıxardı

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri E.Əsgərovun, mütəxəssislər - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun və Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Əkbərovun mülahizələrini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin “Bu Məcəllənin 332.1, 332.1-1, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər” müddəası həmin Məcəllənin 332.1-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran və ya digər ağır nəticələrə səbəb olan yalnız “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması” əməlini ehtiva edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Orphus sistemi