Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"Mülki xarakterli işlər kifayət qədər çox olmaqla birinci instansiya məhkəmələrində onların sayı bəzi illərdə 470 000-ə çatıb.
"Mülki xarakterli işlər kifayət qədər çox olmaqla birinci instansiya məhkəmələrində onların sayı bəzi illərdə 470 000-ə çatıb".
"Report"un xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.
O qeyd edib ki, hazırda 1 hakim hər ay orta hesabla 100-dən çox işə baxır: "Təbii ki, belə ağır iş yükü müddətlərə və keyfiyyətə mənfi təsir göstərir".
F.Məmmədov bildirib ki, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən qısa müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə 41 hakim barəsində intizam icraatlarına baxılıb, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb.