Yuxarı
    Bağlamaq

    Klub direktoru: “Alpinistləri tapmaq üçün bu gün səhər saat 5-dən yenidən axtarışlara başlanılıb”

    Ziya Qasımov: Hələ dəqiq bir iz yoxdur© Report / Elshan Baba

    Bakı. 29 dekabr. REPORT.AZ/ "İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün səhər saat 5-dən yenidən axtarışlara başlanılıb".

    Bunu “Report”a açıqlamasında “Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.

    Onun sğzlərinə görə, hələ dəqiq bir iz yoxdur: "Axtarışlarımıza davam edirik. Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda axtarışlar aparır".

    Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi